Yanvarn 6-dan Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışında olan “Xəzər Lənkəran” dünən vətənə dönüb.
Korner.az klubun rəsmi saytına istinadən məlumatına görə, komanda gecə saatlarında Antalya-İstanbul-Bakı aviareysi ilə yola düşüb və iki günlük istirahətdən sonra Bakıda bir araya gələcək.
“Xəzər Lənkəran” paytaxtda iki gün məşqlərini bərpa etdikdən sonra “Simurq”la keçirəcəyi görüş üçün yanvarın 30-da Zaqatalaya yola düşəcək.
