"Xəzər Lənkəran" Estoniyada "Nomme Kalyu" klubunu 2:0 hesabıyla məğlub etməklə növbəti mərhələyə adladı.Korner.az-ın məlumatına görə, Ruslan Abışov və Branimir Subaşiçin qolları ilə "ağ-yaşıllar" ilk dəfə avrokuboklarda qələbə qazandı.
Bu gün səhər saatlarında komanda Bakıya dönüb. Cənublular planlaşdırılan vaxtdan 2 saat gec gəlib. Yunis Hüseynovun baş məşqçisi olduğu komanda cütün taleyinə aydınlıq gətirən cavab oyunundan dərhal sonra hava limanına tələsib.
"Xəzər Lənkəran" oyunun bitməsindən təxminən 1 saat sonra – yerli vaxtla 22:55 (Bakı vaxtı ilə 00:55-də) təyyarə ilə Tallini tərk etməli imiş. Amma qeyri-müəyyən səbəbə görə, lənkəranlılar Estoniyadan 2 saat gec – Bakı vaxtilə saat 03:00-da ayrılıblar və 4 saatlıq uçuşun ardından Azərbaycana səhər saat 7-də çatıblar.
Baş məşqçi Yunis Hüseynov və "Xəzər Lənkəran"ın ilk qolunun müəllifi Ruslan Abışov hava limanında fikirlərini bölüşüblər.
