“Xəzər Lənkəran” klubunun idman direktoru Babək Quliyev istefaya göndərilib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Quliyevin bir gün öncə klub rəhbərliyinə ünvanladığı müraciətə baxılaraq bu gün istefasının qəbul olunması haqqında qərar qəbul olunub. Babək Quliyevə “Xəzər Lənkəran”da çalışdığı müddətdə gördüyü işlərə görə klub rəhbərliyi tərəfindən minnətdarlıq edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.