“Bəziləri deyir, “Xəzər Lənkəran” azerkeşləri gəlməyəcək, bəziləri deyir, biletin hamısı almışıq, gəlsələr də, bilet ala bilməyəcəklər. Bu yollarla onların stadiona girişinin qarşısını ala bilməzlər, onsuz da keçəcəklər. Keçəcəklərini bilirik: kimdilər, hardan keçəcəklərini, pankart, fakel keçirəcəklərini də bilirik”.
Bu sözləri Korner.az-a açıqlamasında “Neftçi”nin “Qapı arxası” azad azarkeş qrupunun üzvü Faiq Məmmədzadə sabahkı qarşılaşmaya “Xəzər Lənkəran” fanatlarının gəlməsi xəbərlərinə münasibət bildirərkən deyiblər.
“Ağ-qaralı” azarkeş bildiriblər ki, rəqib fanatların stadionda olmalarına etiraz etmirlər: “Biz onların içəri keçmələrinə qarşı deyilik. Hərəmiz bir girişin yanında dayanıb onların içəri keçmələrinin qarşısını da ala bilərik, amma bu, tribuna mədəniyyətinə zidd bir şey olar. Lazım olsa, onları içəri də keçirdərik”.
Ancaq F.Məmmədzadə bu açıqlamasının başqa cür yozulmasına da qarşıdı: “Bu cümlələri heç kəs azarkeş dostluğu və s. kimi başa düşməsin, yazını paylaşıb, “bax budur azerkeş dostluğu” kimi başlıq yazmasın. Elə bir şey yoxdu, münasibətimiz hansı zəmindədisə, elə də olacaq – təbii ki, bəzi prinsiplər əsasında”.