Sabah, martın 16-da "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşak Bakıya gələcək.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbəbər görə, İstanbuldan uçan təyyarə yerli vaxtla saat 17:00-da Heydər Əliyev adına Bakı hava limanında enəcək.
Martın 17-də isə C.Toşakın təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da baş tutacaq.
