Rahid Əmirquliyev "Xəzər Lənkəran"da qalacaq.
Korner.az-ın məlumatına görə, kapitan komandası ilə müqaviləsinin müddətini artıracaq. O, daha iki il "Xəzər Lənkəran"ın formasını geyinəcək.
Qeyd edək ki, Əmirquliyev 2006-cı ildə "Şahdağ"dan "Xəzər Lənkəran"a keçib. Bu müddətdə o, 256 oyun keçirib və 27 qol vurub. Millimizin üzvü Lənkəran klubu ilə Azərbaycan çempionluğunu (2006/07), kubokunu (2006/07, 2007/08, 2010/11), Super Kubokunu (2013) və "Birlik Kuboku"nu (2008) qazanıb.
