Bu gün, fevral ayının 28-də “Xəzər Lənkəran” doğma meydanda “İnter” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə, saat 16:00-da start fiti səslənəcək və heç bir televiziya kanalı vasitəsi ilə yayımlanmayacaq qarşılaşma “Xəzər Lənkəran” klubunun rəsmi saytı vasitəsi ilə nümayiş olunacaq.
Qeyd edək ki, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Etame Mbilla və Adrian Skarlatake zədə üzündən məşqlərə qatıla bilmirdilər. Bu futbolçular oyunu buraxmalı olacaqlar. Gənc qapıçı Orxan Sadıqlı da ayaqlarında ağrı hiss edir. Qolkiperimizin “İnter”lə matçda meydana çıxıb çıxmayacağı isə son anda məlum olacaq.
