Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində Naxçıvanda keçiriləcək “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” oyunu canlı yayımlana bilər.
Korner.az-ın məlumatına görə, heç bir telekanalın mavi ekranlara çıxartmayacağı matç internet üzərində klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanması gözlənilir.
Bu oyunun canlı yayımlanıb-yayımlanması XL-in rəsmi TV-si vasitəsi ilə bəlli deyil, ancaq yerli klubun bu oyunu canlı nümayiş etdirməsi gözlənilir.