AFFA yenidən klubları cəzalandırıb.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan kubokunun 1/8 final “İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa” klubunun 9 №-li futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/8 final “Araz Naxçıvan” – “Simurq” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 18 №-li futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/8 final “Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/8 final “Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 25 №-li futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/8 final “Mil-Muğan” – “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan” klubunun 1 №-li futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVI turunun “Qarabağ” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XVI turunun “İnter” – “Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Bakı” matçının 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 2 №-li futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır, klub 8000 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4, “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).
Oyunun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 45 №-li futbolçusu Murad Musayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).
Əvəzedici heyətlərin XVI turunun “İnter” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Heydər Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XVI turunun “Sumqayıt” – “Bakı” matçının 39-cu dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Mətin Əbilsoy idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XIII turunun “Kəpəz” – MOİK matçının 56-cı dəqiqəsində MOİK klubunun 4 №-li futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XIII “Turan-T” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIII “Şəmkir” – “Neftçala” matçında “Şəmkir” klubunun 5, “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIII “Göyəzən” – “Energetik” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun XIII turunun “Lokomotiv” – “Bakılı” matçının 67-ci dəqiqəsində “Bakılı” klubunun 10 №-li futbolçusu Rövşən İsmayılov aqressiv oyuna görə biraşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun XIII “Araz Naxçıvan” – “Ağsu” matçında “Araz Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIII “Mil-Muğan” – “Şahdağ” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 55-ci dəqiqəsində “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
