AFFA İntizam komitəsinin növbəti iclası keçirilib.
Korner.az–ın məlumatına görə, XXII turun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Matç başa çatdıqdan sonra “Qəbələ” klubunun futbolçuları tərəfindən stadionun paltardəyişmə otağının pəncərəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin.