Bu gün AFFA İntizam Komitəsini iclası keçirilib. Korner.az-ın məlumatına görə, iclasda Premyer Liqanın XIX turunun bəzi oyunlarındakı hadisələrlə bağlı qərar verilib.
“Rəvan” – “Turan” matçında “Rəvan”nın dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. AZAL – “Simurq” matçının 62-ci dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
“Qəbələ” – “Qarabağ” matçının 30 və 54-cü dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Sumqayıt” oyunun 59-cu dəqiqəsində “Bakı” klubunun futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
“Xəzər Lənkəran” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib.