Bu gün Avropa Liqasnın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması, “Lex” – “Xəzər Lənkəran” oyunu canlı yayımlanmayacaq.
Korner.az-a klubdan verilən məlumata görə, oyun TV-də yayımlanmayacaq. Səbəb isə "Lex”in marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Bartoş Şkvarj yayım üçün 20 min avro istəyib.
Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev saytımıza bildirdi ki, canlı yaymın baş tutmaması hələ tam bilinmir. Sadəcə ilk variant kimi yayım alnmır. Yaxn saatlarda məsələyə tam aydınlıq gələcək.
