AZAL Topaz Premyer Liqasının VIII turunda uduzmaqla uğurlu seriyanın qırılması ilə barışıb.
Korner.az-ın məlumatına görə, cari mövsümün ilk 7 oyununda yenilməyən paytaxt təmsilçisi “Xəzər Lənkəran”la ev oyununda 0:2 hesabı ilə uduzdu.
AZAL sonuncu dəfə ötən mövsümün XXXI turunda “Sumqayıt”la səfər matçında uduzmuşdu – 0:1. Mayın 6-dakı məğlubiyyətdən sonra 8 matç yenilməyən AZAL 150 gündən sonra xalsız qaldı.
