Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Məlumata görə, qapıçı axtarışında olan cənub təmsilçisi düşərgəyə xorvatiyalı qolkiper dəvət edib.
Korner.az-ın 12cioyuncu.info-ya istinadən verdiyi məlumata görə, Moldovanın “Şerif” klubunun qapıçısı Vyekoslav Tomiç “ağ-yaşıllar”ın sırasında olacaq.
1983-cü ildə Splitdə anadan olan 190 sm boya malik qolkiper eyniadlı komandanın yetirməsidir. 20 yaşınadək bu kluba sadiq qalan Tomiç 2003-cü ildə “Medimurye”yə keçib. 4 il bu komandanın uğurları üçün çalışan qolkiper 2007-10-cu illərdə ölkəsinin ən tanınmış klubu “Hayduk”un formasını geyib.
