“Xəzər Lənkəran” futbolçuları iyunun 2-də saat 11:00-da Bakıda bir araya gələcəklər. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 5-dək komanda “Happy İnn” otelində məskunlaşacaq.
Həmin 3 gün ərzində futbolçuların günün ilk yarısında tibbi müayinədən, ikinci yarısında isə məşq keçmələri nəzərdə tutulur. Məşqlər Respublika Dövlət Yol Polisinin stadionunda hər axşam saat 18:00-da keçiriləcək.
İyunun 5-də isə komanda Avstriyaya təlim məşq toplanışına yollanmağı planlaşdırılır. Bu ölkədə “Xəzər Lənkəran” iyun ayının sonunadək qalıb təxminən 4-5 yoldaşlıq oyunları keçirəcək.