Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Lənkəran təmsilçisi Türkiyənin aşağı liqa təmsilçisi “Tekirdağspor”la qarşılaşıb. Bu, “gəmiçilər”in yeni baş məşqçisi Elbrus Məmmədovun ilk sınağı olub. Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar oyundan 2:2 hesablı bərabərliklə ayrılıb.
10 yanvar
Yoxlama oyunu
17:00.
“Xəzər Lənkəran” (Azərbaycan) – “Tekirdağspor” (Türkiyə) – 2:2
Qollar: Ağabala Ramazanov, 9 (1:0), Tayfun Vurğun, 59 (1:1), Volkan Sel, 65 (1:2), Rahid Əmirquliyev, 89-pen (2:2) “Xəzər Lənkəran”: Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.
