Avropa Liqasında mübarizə aparan "Xəzər Lənkəran" "Nomme Kalyu" ilə cavab qarşılaşması çərçivəsində Estoniyaya yollanıb. Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar" dünən axşam saatlarında vətəni tərk edib. Təmsilçimiz Bakı – Sankt Peterburq reysiylə səfərə çıxıb. Oradan isə Tallinə üz tutub. “Xəzər Lənkəran” Estoniya paytaxtında “Radison Blu Olimpiya” otelində məskunlaşıb.
