"Xəzər Lənkəran" bu qış 6-cı transferini rəsmiləşdirdi.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, "ağ-yaşıllar" heyətini argentinalı hücumçu Lusiano Olquinlə gücləndirib.
30 yaşlı hücumçu ilə 1,5 illik müddətinə müqavilə imzalanıb. 1,88 sm boya malik Olquin karyerası boyunca Argentinanın "Rasinq", "San Martin", Belçikanın "Royal Antverp", "Beveren", Yunanıstanın "Periakos", Çinin "Tianjin Teda", "Çanqjun Yatay" və Kolumbiyanın "Ameriko de Kali" klublarında çıxış edib.
Qeyd edək ki, "Xəzər Lənkəran" daha öncə Gökhan Güləç, Uğur Pamuk, Marin Orşuliç, Alvaro Silva və Toni Doblasla müqavilə bağlamışdı.