“Xəzər Lənkəran”ın doğma meydanda “Bakı”ya məğlub olması futbolçulara baha başa gəlib.
Korner.az-ın məlumatına görə, məhz məğlubiyyətə görə, türkiyəli mütəxəssis futbolçularına istirahət imkanı verməyib.
Belə ki, komanda bu gün səhər saat 11:00-da Lənkəranda məşqə çıxıb. Bu saatlarda isə komanda Lənkəranı tərk edərək, Bakıya istiqamət alıb. Komanda XXIII tur çərçivəsində AZAL-la matçın hazırlığını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” matçı bazar günü saat 17:00-da “Azal Arena”da oynanılacaq.
