Antalyada hazırlığını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi “Universitatea Craiova” klubu olub.
Qarşılaşma Rumıniya çempionatının 6-cı pilləsində qərarlaşan klubun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Xəzər Lənkəran” uduzdu
Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün 4-cü yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Cənub klubu Elbrus Məmmədovun rəhbərliyi altında Rumıniya Liqa 1 təmsilçisi ilə üz-üzə gəlib.
Belə ki, “ağ-yaşıllar” hazırda sözügedən ölkə çempionatında 17 oyundan 29 xal toplayıb, turnir çədvəlinin 6-cı sırasında qərarlaşan “Universitatya” ilə qarşılaşıb.
“Xəzər Lənkəran” Krayova klubu ilə görüşdə yenə qalib gələ bilməyib. “Papillon Futbol Mərkəzi”nin futbol meydançasında baş tutan görüş 0:3 hesabı ilə rumınların xeyrinə başa çatıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçəyə razılaşmış, ikinci görüşdə Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə (0:2), ardınca isə Ukrayna “Metallurq”una (1:2) uduzmuşdu.
