Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, Lənkəran təmsilçisi Moldovanın “Zimbru” komandası ilə qarşılaşıb. Oyun “Xəzər Lənkəran”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamızın qollarına Adrian Pit və oyuna sonradan daxil olan Lopez imza atıblar.