Premyer Liqanın XVI turunda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” citti itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Lənkəran klubunun aparıcı futbolçularından Alvaro Silva paytaxt təmsiliçinə qarşı oynaya bilməyəcək.
Buna səbəb Silvanın sarı vərəqə limitini doldurması olub. Dünən AZAL-la baş tutan oyunun 65-ci dəqiqəsində rəqibi tutduguna görə sarı vərəqə alan ispan müdafiəçi cəzalı duruma düşüb.
