“İnter”in qapıçısı Səlahət Ağayev “Xəzər Lənkəran”a keçə bilər.
Korner.az-ın məlumatına görə, yeni mövsümə iddialı başlayacaq Cənub komandasında transfer çalışmaları sürətlə davam edir. “Ağ-yaşıllar” qapıçı problemini tam həll etmək üçün Səlahəti heyətinə qatmaqda maraqlıdı və qolkiperə bununla bağlı təklif də irəli sürüb.
Təcrübəli qapıçı isə qərar verməkdə tələsmir. Əgər “İnter”in vəziyyəti düzılməsə o zaman Ağayev “Xəzər Lənkəran”la anlaşa bilər.
