“Xəzər Lənkəran” Bakıdakı oyunda qol vurmaqla uğurlu seriyasını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ölkə kubokunda ardıcıl 19 oyundur ki, komanda meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl – 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan "xəzər Lənkəran" həmin oyundan sonra kubokdakı hər qarşılaşmada ən azı 1 qol vurub. Bu müddətdə “Xəzər Lənkəran” 19 görüşə 32 qol vurub.
Qeyd edək ki, “Rəvan”la qarşılaşma Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı oldu. O, bu göstəricidə 10-cu olan Dieqo Souzaya çatdı.