Azərbaycan Kubokunun yarımfinalında “Qəbələ”yə uduzan “Xəzər Lənkəran” avrokuboklardan kənarda qalıb. Düzdü, Lənkəran klubunun Premyer Liqadan Avropa Liqasına vəsiqə qazanmaq üçün nəzəri şansları var. Amma bunun üçün komanda qarşıdakı 5 oyunda 4-cü pillə ilə 10 xallıq fərqi aradan qaldırmalı və “Neftçi”nin kuboku qazanmasına dua etməlidi. Bu isə mümkün görünmür.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran” 4 ildən sonra avrokuboklarda iştirak etməyəcək.
Sonuncu dəfə 2008/09 mövsümünü titulsuz başa vuran komanda 2009-un yayında Avropaya çıxa bilməmişdi.
