“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli əsas heyətə 4 futbolçu cəlb edib.
Korner.az-ın məlumatına görə, türk mütəxəssis əvəzedici komandanın 4 üzvünə etimad göstərib.
Belə ki, Dənizli Kazım Kazımlı, Kamran Abdullazadə, Tərlan Qasımzadə və Elvin Mirzəyevi Antalyaya aparmaq qərarına gəlib. Onlar türk məşqçiyə özlərini göstərməyə çalışacaq.
Qeyd edək ki, Kamran Abdullazadə və Tərlan Qasımzadə hazırda hərbi xidmətdədi. “Xəzər Lənkəran” onları MOİK-dən icarəyə götürüb.
