Premyer Liqanın XXX turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, komanda ötən gün Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşq edib.
Mustafa Dənizli tam heyətlə hazırlıq keçə bilməyib. Belə ki, zədəli Adrian Pit, Manuel Skarlatake və Tyeqo komandadan ayrı çalışıb.
