“Xəzər Lənkəran” 3 sabiq futbolçusundan FIFA-ya şikayət edib.
Korner.az-ın məlumatına görə, ötən mövsüm Cənub komandasında çıxış edən 3 legioner – Deyan Blajevski, Qalin İvanov və Eliasdan FİFA-ya şikayət edilib. Buna səbəb hər 3 futbolçunun düşərgəni icazəsiz tərk etməsi olub.
“Ağ-yaşıllar”dan bildirilib ki, artıq bu oyunçular haqda ali futbol qurumuna şikayət məktubu ünvanlanıb.
