Con Toşakı istefaya göndərən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda dünən məşqçilərin – Covanni Melkiorre, Emin Quliyev və Hafiz Əliyevin rəhbərliyi altında məşq çıxıb.
Yenidən əsas komandaya dönən Adrian Pit də məşqə qatılıb.
Əvəzində zədəsi olan Ağabala Ramazanovla Uğur Pamuk kollektivdən ayrı çalışıb.
