“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XX turunda qəbul edəcəyi “Turan”la tarixində 19-cu matça çıxacaq.
Korner.az-ın məlumatına görə, bunadək komandalar 17 dəfə çempionat, 1 dəfə kubokda üzləşib.
Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, “Xəzər Lənkəran” 12, “Turan” cəmi 2 qələbə qazanıb. Daha 4 matç isə heç-heçə başa çatıb. Bu matçlarda lənkəranlılar 31 qol vuraraq, 11-ni buraxıb.
Çempionatdakı 17 matçda isə 12 qələbə qazanan cənublular 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu oyunlarda top fərqində Lənkəran təmsilçisi 3 qat üstünlüyə malikdir – 30:10.
9-cu dəfə “Xəzər Lənkəran”ın meydanında baş tutan görüşlərdə aşkar favorit meydan sahibləridir. Belə ki, 6 qələbə qazanan lənkəranlılar 2 dəfə heç-heçə edib və heç vaxt uduzmayıb. Qonaqları 15 qolla məyus edən “ağ-yaşıllar” cəmi 2 dəfə qol üzüntüsü yaşayıb.
2004/05 07.08.2004 AÇ səfərdə 1:1
2004/05 06.04.2005 AÇ evdə 1:0
2005/06 11.12.2005 AÇ səfərdə 0:1
2005/06 14.05.2006 AÇ evdə 1:0
2006/07 23.09.2006 AÇ evdə 0:0
2006/07 12.05.2007 AÇ səfərdə 3:2
2007/08 16.09.2007 AÇ evdə 2:0
2007/08 27.04.2008 AÇ səfərdə 4:0
2008/09 13.09.2008 AÇ evdə 5:0
2008/09 21.02.2009 AÇ səfərdə 1:0
2009/10 12.09.2009 AÇ evdə 1:1
2009/10 13.12.2009 AÇ səfərdə 2:1
2010/11 23.10.2010 AÇ evdə 2:0
2010/11 04.12.2010 AÇ səfərdə 2:1
2011/12 20.08.2011 AÇ evdə 3:1
2011/12 07.03.2012 AÇ səfərdə 1:0
2012/13 29.09.2012 AÇ səfərdə 1:2
2012/13 28.11.2012 AK səfərdə 1:1, p.5:3