Qış fasiləsində istirahətini başa vuran "Xəzər Lənkəran" artıq Antalyadadı.
Korner.az–ın əldə etdiyi məlumata görə, "ağ-yaşıllar" artıq Türkiyədə ilk məşqinə çıxamaqa hazırlaşır.
Cənub şəhərinin təmsilçisi Türkiyə vaxtı ilə 11:00-da (Bakı vaxtı ilə 13:00) ilk məşqinə çıxacaq.
Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. “Xəzər Lənkəran” yanvarın 19-da Moldovanın “Rapid”, yanvarın 22-də Ukraynanın “Krivbass”, yanvarın 30-da isə Çexiyanın “Pribram” klubu ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan başqa, komandanın yanvarın 26-sı və fevralın 2-də daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.
