Ötən gün yoxlama oyununda “Kəpəz”i 4:2 hesabı ilə yenən “Xəzər Lənkəran” bir günlük istirahətə buraxılıb. Korner.az-ın məlumatına görə, sabah komanda Bakıdakı “Happy İnn” otelində bir araya gələcək.
Səhər saatlarında paytaxtı tərk edəcək “Xəzər Lənkəran” doğma şəhərə yola düşəcək. Günün ikinci yarısında isə “Fırtınalar meydanı”nın yardımçı meydançasında “Böyük oyun”un hazırlıqlarına start verəcək.
“Xəzər Lənkəran” sentyabrın 13-də yenidən paytaxta dönəcək. Belə ki, məhz həmin gün komandanın veteran futbolçusu Alim Qubanovun toy mərasimi keçiriləcək. Toy şənliyində tam heyətlə iştirak edəcək komanda bir gün sonra isə “Böyük oyun” öncəsi son məşqini keçirəcək.
Qeyd edək ki, Premyer Liqanqın V turunun sentyabrın 15-də baş tutacaq oyununda “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. Bu mövsümün ilk “Böyük oyun”u olacaq.
