“Xəzər Lənkəran” Topaz Premyer Liqasında yaranan fasilə dövründə keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Lənkəran klubu bu gün öz stadionunda əvəzedici heyəti sınağa çəkib.
Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk yarısında əsas komanda 1 qolla üstün olub. Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qol yarım saatda yeganə top olub. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da, son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirdi – 2:1.
Yoxlama oyunundan sonra iki günlük istirahətə çəkiləcək komanda oktyabrın 12-dən etibarən hazırlığını yenidən Lənkəranda bərpa edəcək.
lankaranfc.com
