Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi İrina Şaykıa xəyanət edib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu sevgilisinə İtaliya parlamentinin sabiq üzvü və maniken Nikole Minetti ilə xəyanət edib.
Bu barədə məlumatı İspaniyanın “Cuore” qəzeti yayıb. Qazetin iddiasına görə, Minetti Berluskoninin siyasi partiyasında yer alıb və onun evində təşkil etdiyi əyləncə tədbirlərinə rahibə geyimində qatılırmış. Minettinin əyləncə gecələrində paltarlarını çıxartdığını və hətta əynində alt paltarı olmadan əyləndiyi bildirilir.
"Kral" klubunun futbolçusu və Minetti dekabrın 9-da Madriddəki bir oteldə görüşüb və gecəni birlikdə keçirib.
