“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinin yeni iş yeri
26.04.2023 , 13:42

Rumıniyalı baş məşqçi Mirça Rednikin yeni iş yeri bəlli olub.
Korner.az xəbər verir ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Rumıniyanın “UTA Arad” klubunun uğurları üçün çalışacaq.
Klubun rəsmi saytı artıq bu barədə xəbəri təsdiqləyib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.
