Xəstə olduğu üçün “Nyukasl”la oyunda forma geyinməyən “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özil cəzalana bilər.
Korner.az-ın məlumatına görə, buna təcrübəli futbolçunun həmin gün Almaniyada gecə klubuna getməsi səbəb olub.
“Arsenal”ın baş məşqçisi Arsen Venger daha öncə futbolçularını bu hərəkətinə görə cəzalandırıb.
Hazırda Almaniya millisinin düşərgəsində olan Məsut Özilin də kluba qayıdacağı təqdirdə cəzalanacağı gözlənilir.
