Ötən gün Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı xəsarət alan gəncin səhhətində həyati təhlükə yoxdur.
Korner.az-ın məlumatına görə, bunu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov özünün feysbuk səhifəsində yazıb.
Oyundan sonra xəstəxanaya gedərək xəsarət alan Samir Miriyevə baş çəkən İbrahimov qeyd edib ki, azarkeş bu gün əməliyyat olunacaq: “Xəstəxanadayam. Allaha çox şükür ki, azarkeşimizin həyati təhlükəsi yoxdur. Samirin atasının ““Qarabağ” canımızdır” deməsi tüklərimi biz-biz etdi”.
