Dünyaca məşhur “World Soccer” jurnalı dünyanın ən yaxşı 13 liqasının siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıya Almaniya Bundesliqası başçılıq edir.
Reytinq sıralamasını Rusiya Premyer Liqası qapayır.
Qeyd edək ki, jurnal özünün reytinq sıralamasını hazırlayarkən stadionlara gələn azarkeşlərin sayı, stadionların durumu, klubların maddi vəziyyəti, baş məşqçilərin nüfuzu və s. kimi amilləri əsas götürür.
Siyahı aşağıdakı kimidi:
1. Almaniya – 60 xal
2. İngiltərə – 55
3. İspaniya – 46
4. İtaliya – 37
5. Braziliya – 36
6. Meksika – 30
7. ABŞ – 28
8. Hollandiya – 26
9. Fransa – 22
10. Argentina – 20
11–12. Yaponiya – 16
11–12. Portuqaliya – 16
13. Rusiya – 15
