Vüsalın komandasından heç-heçə – VİDEO
10.02.2025 , 09:45

Türkiyə Birinci Liqasında 23-cü turun matçları keçirilir.
Korner.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” evdə “Keçiörengücü” ilə bərabərə qalıb – 1:1.
Görüşdə iştirak edən Vüsal meydana 87-ci dəqiqədə çıxıb.
“Boluspor” hazırda 33 xalla 9-cu pillədə qərarlaşıb.
