Vüsalın komandasından darmadağın
05.05.2025 , 09:55

Türkiyə Birinci Liqasında 37-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıcış etdiyi “Boluspor” autsayder “Yeni Malatyaspor”la qarşılaşıb.
Qarşılaşma Vüsalın komandasının 10:1 hesablı qələbəsi ilə bitib.
Oyuna start heyətdə başlayan İsgəndərli meydanda sona qədər mübarizə aparıb. O, matçda komandasının 7-ci qolunun müəllifi olub.
