Vüsalın komandası səfərdə heç-heçə etdi
14.12.2021 , 19:04

Türkiyə I Liqasında XVI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiörengücü” səfərdə “Manisa” ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Vüsal da bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 80 dəqiqə meydanda olub.
16 turdan sonra 18 xal toplayan “Ankara Keçiörengücü” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
