Vurğun Hüseynov üçün əlamətdar tur
20.04.2019 , 17:32

“Sumqayıt” klubunun kapitanı Vurğun Hüseynov yubiley görüşünü keçirib.
PFL-in xəbərinə görə, “Səbail” ilə matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub. O, bu qarşılaşmalarda 1 qol vurub. 2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.
Qeyd edək ki, “Sumqayıt” “Səbail” ilə matçda 1:2 hesabı ilə uduzub.
