"Qarabağ"la oyun final matçı kimi çıxacağıq. Düzdü öz meydanımızda 1:1-lik heç-heçə etmişik və bu "Qarabağ"a daha çox sərf edir. Ancaq düşünürəm ki, bir qol vursaq hər şeyi öz xeyrimizə dəyişə bilərik".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Vurğun Hüseynov deyib.
Təcrübəli müdafiəçi ilk "altılıq"da oynayacaq oyunlardan daha çox kubok oyunlarına diqqət yetirəcəklərini bildirib:
"Düzünü deyim ki, bizim əsas hədəfimiz kuboku qazanmaqdı. Yəni kubok oyunlarına daha çox diqqət yetiririk. Ancaq ilk ."altılıq"da səhv etmirəmsə 10 oyunumuz olacaq. Bu oyunlarda yaxşı nəticələr qazanıb avrokuboklara vəsiqə qazana bilərik. Hər şey öz əlimizdədi. İnşAllah istədiyimiz nəticəni bu gün "Qarabağ"la oyunda qazanıb, "altılıq" oyunlarına yüksək ab-havada ahzırlaşacayıq".