"Neftçi" bu gün həqiqətən də yaxşı oyun sərgilədi. Xüsusi ilə də ikinci hissə də".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Vurğun Hüseynov deyib. Həmişə "Neftçi"yə qarşı yaxşı oynadıqlarını bildirən millimizin üzvü lakin bu gün oyunlarının alınmadığını dilə gətirib:
"Məğlub olduğumuz üçün heyifslənirik. Amma bu futboldur hər şey ola bilər. Qarşıdakı oyunlara baxacağıq".