“Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. Bizim üçün hər oyunda mühüm olan 3 xal qazanmaqdır”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Qəbələ” matçından sonra meydan sahibi komandanın kapitanı Vurğun Hüseynov matçdan sonra “CBC Sport” telekanalına açıqlamasında deyib.
Kapitan bugünkü görüşdə avtoqola imza atan komanda yoldaşına da dəstək verib: “Meydana qələbə üçün çıxmışdıq. Rəqibdən daha yaxşı oynadıq. Düzdür, 1 xal qazandıq, ancaq 2 xal itirdik. Belə oynasaq, daha irəli gedəcəyik. Cəmil də bizim ailəmizin üzvüdür. Əlbəttə, o da istəməzdi ki, qapımıza qol vursun. Onun səhvi mənim də səhvimdir. Bəzən oyunlarda bəxtimiz gətirmir. “Neftçi”yə qarşı yaxşı oynadıq, ancaq qapınmızda heç nədən 2 qol gördük”.
