Vurğun Hüseynov 300-ə çatdı
18.08.2019 , 12:18

Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar oldu.
Komandasının kapitanı olan təcrübəli müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirdi. “Qəbələ” ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub.
Karyerasına 2005/06 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəldi.
Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu oldu.
