Futbol

Vüqarın komandasından böyükhesablı məğlubiyyət

12.05.2021 , 10:14

Gürcüstan çempionatında XIII turun oyunları keçirilir.

Korner.az xəbər verir ki, Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” evdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb və məğlub olub – 0:4.

27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

“Telavi” 8 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı