"Almaniyanın "Dinamo" (Drezden) klubunun təmsilçilərini millimizin Andorra ilə oyununa göndərmişdik. Onlar Vüqarı bəyəniblər. Mən də Vüqarla danışıb futbolçunun tələblərini kluba rəsmi şəkildə göndərdim ".
Bu sözləri Korner.az-a açıqlamasında "Transfermarket" şirkətinin baş meneceri Rəsul Şükürsoy deyib. O, Vüqar Nadirovun xaricdə oynama potensialını yüksək qiymətləndirərək, futbolçuya Türkiyədən də dəvət gəldiyini bildirib:
"Vüqarla iki Bank Asya klubu da maraqlanır. Onlardan hətta biri konkret təklif irəli sürüb. Amma bizim üçün birinci variant Drezden "Dinamo"sudu".
Sonda Rəsul Şükürsoy daha 3 futbolçumuzun xaricdə oynama variantı var:
"Bundan başqa, daha 3 futbolçumuzun xaricdə oynama variantı var. Onlardan biri "Neftçi"nin, biri "Qarabağ"ın müqaviləli futbolçusudur. Birinin isə transfer vərəqi əlindədi. Danışıqlar gedir. Yaxın günlərdə ətraflı məlumat verəcəyik".