Avropa Liqasının qrup mərhələsinin Bakıda “İnter”ə qarşı keçirilən oyununda əzələsini dartan “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun zədəsinin ciddi olduğu müəyyən edilib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Korner.az-a açıqlamasında bildirib ki, o, bu gün “Qəbələ”yə qarşı keçirilən oyunda istirak edə bilməyəcək. Nadirov həmçinin və “Xəzər Lənkəran” və “Sumqayıt”a qarşı oyunları da buraxacaq.
