“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Korner.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovu rənglərinə bağlıyıb.
Hücumçu ilə 2015-ci ilin sonunadək anlaşma əldə olunub. 28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), “Xəzər Lənkəran” (2005-2008) “Masallı” (2008) və “Karvan”da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub. (klub saytı)
